Haqqımızda
Təbii daşdan məhsulların istehsalı və satışı Aral Biznes Group şirkətinin əsas fəaliyyətidir. Həmçinin, müştərilərə memarlıq elementlərinin quraşdırılması, səkilərin qranit səki daşları ilə döşənməsi və s. xidmətləri təklif olunur.
Şirkət xammalın yüksək keyfiyyətinə və hazır məhsulların praktikliyinə böyük əhəmiyyət verir. Çoxsaylı istehsal texnologiyalarına malik olan şirkət qranit, mərmər, travertin, və onyx kimi məhsulların sifarişini qəbul edir.
Aral Biznes Group şirkəti 2019-cu ildə təsis edilmişdir və ötən illər ərzində Azərbaycan tikinti bazarında öz yerini tutmağı bacarmışdır. Qeyd edək ki, şirkət dünyanın dörd bir yanından gətirilən təbii və yüksək keyfiyyətə malik məhsullarla müştərilərə xidmət etməkdə davam edir. Təbii daşların Türkiyə, Yunanıstan, İran, Hindistan, Çin, İtaliya və s. ölkələrdən gətirilərək satışı təşkil edilir.
Tikinti firmaları tələb olunan ölçülərə və xüsusiyyətlərə malik məhsulların müntəzəm çatdırılmasına etibarlı zəmanət vermək üçün Aral Biznes Group ilə əməkdaşlığı yüksək qiymətləndirirlər.
Ölkənin öndə gələn holdinq və şirkətləri AralStone ilə əməkdaşlıq edir. Bunlara nümunə olaraq PMD GROUP, DDLAR, KAPİTAL BANK, PASHA BANK,OLİMPUS PARK, GİLAN HOLDİNG və s. göstərmək olar.
Sifarişçinin eskizlərinə uyğun olaraq müxtəlif tekstura və rənglərdə mətbəx dəzgahı, pəncərə eşikləri və digər elementlərin hazırlanması mümkündür. Şirkətlə əməkdaşlığı qarşılıqlı faydalı edən ən mühüm meyarlar düşünülmüş qiymətlər, satışlar və daimi müştərilər üçün endirimlərdir.
Powered by Froala Editor